منوی ناوبری برگه ها

پورتال تحلیلی اجتماعی، فرهنگی، ادبی و سرگرمی شهر خوی به دو زبان ترکی و فارسی مطالب خود را منتشر می کند.

Xoy şəhristanın anlatımı

Xoy şəhristanın anlatımı

Xoy — İran İslam Respublikasının Qərbi Azərbaycan ostanındakı Xoy şəhristanının inzibati mərkəzi. Şəhər ərazisi 30 kv.km.-dir.indilikdə(۲۰۱۳-۲۰۱۴) əhalisi 200 985 nəfərdir.

Xoy şəhərinin tarixi e.ə. ۳۰۰۰-۴۰۰۰ illərindən başlayır. Şumer mənbələrində adı çəkilən Arrata adlı bölgənin bu günkü Urmiya ilə Van şəhərləri arasındakı bölgə olduğu tarixçilər tərəfindən təsdiqlənmişdir.O illərdə bu bölgədə məskunlaşmanın olması da öz təsdiqi tapmışdır. Əvvəlcə Xoy şəhəri Azərbaycan ərazisində qurulan Manna dövlətinin sərhədləri içində olmuş.. Böyük Səlcuqlu hakimiyyəti zamanı Alparslanın Rum ordusunun gəlişini Xoyda xəbər aldığı tarixi mənbələrdən məlumdur. Anadolunun alınmasında da Xoydan bir istehkam kimi istifadə olunmuşdur. Şah İsmayıl ilə Yavuz Sultan Səlim arasındakı Çaldıran döyüşü Xoy yaxınlığında baş vermişdir (1514). İran-Osmanlı müharibələri zamanı şəhər bir neçə dəfə Osmanlı İmperiyasının əlinə keçmişdir. Sonda yenə də İran sərhədləri içinə qatılmışdır. Xoyun adı müxtəlif xalq dastanlarında və rəvayətlərində də çəkilir.

Şəms Təbrizi xoy qurğusu

عکس ارسالی از امین سنائی برج شمس خوی

(ریشه شناسی نام شهر خوی)Etimologiyası

Xoy adına ilk dəfə ۸۴۴-cü ildə İbn Hordatbehin “Məsalik və məmaliki” adlı əsərində rast gəlinir. O vaxtdan şəhərin adı heç bir dəyişikliyə məruz qalmamışdır. Adın mənşəyi haqqında müxtəlif fikirlər mövcuddur. Ərəb mənbələrinə görə “Hovayy” adı “geniş vadi” mənasını verən “Havv” adıyla eyni kökdəndir və şəhərin adının kökü bu sözdəndir. İranlı tarixçi Məhəmməd Əmin Riyahi isə Xoy adının 2700 il əvvəl Xoy yaxınlarında qurulan Urartu şəhəri Ulhu və ona bağlı Sardorihort (Sardorixort) qalasının adından alındığı ehtimalını irəli sürür. Azərbaycan mənbələrində şəhərin adının “quyu” və habelə Xoy  sözünün transformasiya olunmuş variantı olduğu bildirilir.

Quyu 

Quyu(Quy) sözü dərin yerinin mənasını yetirməkdədir. ki indidə türkcədə işlədilir və hamı onun mənasını bilir. xatırladmalıyıq ki Xoy şəhəri Azərbaycanın ən alçaqda yerləşən şəhərlərindən dir və bunu qaratəpədən(Urmiyə Xoy arasında yol üstündə bir darböğazdır.) enəndə görmək olar. Xoy təqribən 1100 metre açıq dənizlərdən ucadadır bu na görədə hətta Urmiyə Gölundən də alçaqdadır. Xoylular özləridə oraya xoy çuxuru deyirlər.

Coğrafiya durumu 

Xoy şəhəri 5,548 km² genişliği ilə azərbaycan və İranın ən şumal-qərbində və İran – Türkiyə sərhəddində yerləşibdir. Xoyun Tehranla məsafəsi 780 km, Təbrizilə ۱۶۵ km-dir və İran Avropa tranzit yolu xoyun 30km liyindən keçir. xoy geniş bir sahədə və böyük dağların arasında yerləşibdir buna görədə (xoy çuxuru)da adlanır.xoyun ən böyük daği əvrin dağıdır(əvrin türk dilində böyük və əzəmətli məna verir). dağın hündürlüyu 3650 metrədən çoxdur.qotur,ağçay və qoduq boğan əvrin dağının ən önəmli axar çaylarıdırlar ki xoyun münbit çölunu illər boyudur suvarırlar.xoyun iqlimi dağlıqdır, çox soyuq və qarlı qışları var.gül çiçəkli yazlar,yumşaq yayları var ki gahdan istiyə sarı yönəlir və boyali payızları ilə görkəmli və gözal doğa səhnələrini yaradır.

Dil və mədəniyyət

Xoy Şəhristanı əhalisinin dili Azərbaycan Türkcəsi , dini müsəlman – şiədir . İslamdan öncə və sonrakı sayaqlar xoyun əhalisinin davranışlarında özünu göstərmakdədir. islamdan öncə sayaqlar:

İl bayramı)Novruz)
Çərşəmbə suru )Od çərşənbəsi)
Çillə gecəsi
aşiqlar(öncə ki uzanlar)bu sahənin əsil mədəniyyət nişanəsidir ki hələdə xalqın içində gözəgəlim şəkildə görünürlər. kosa,sayaçı,taxıl(buğda biçimi sayağı)va daha ayrı sayaqlar ki yavaş yavaş modern yaşam səbəbindən unudulmaq üzərindədirlər.

(آثار باستانی و جازبه های گردشگری)Tarixi fenomenallar və doğal cazibələr

Şəms Təbrizi qurğusu
Xatın körpüsü
Qala qapısı
Üst örtülü bazar
Kəbiri evi
Mütəllib xan məscidi
Qotur körpüsü(iranı avropaya bağlıyan körpü ki 130metrəyə yaxın ücaliği var)
Bastam qalası
ildə ortaq 300~400mm yağiş və hündür dağlarin olmasi nədəni ilə bu şəhərin .dörd bucağında çox görkəmli va gözəl görünşlər yaradilir

468 ad

یک نظر بدهید

نشانی ایمیل شما منتشر نخواهد شد. بخش‌های موردنیاز علامت‌گذاری شده‌اند *

خوی کیدز سیز ایله بیرلیکده
خوی کیــــــــــدز همراه شما

Social Media Auto Publish Powered By : XYZScripts.com